Nazirin vəzifəyə təyin etdiyi Nargilə Qafarova kimdir? 

saytların hazırlanması

Evə çatdırılma

Nazirin vəzifəyə təyin etdiyi Nargilə Qafarova kimdir? 

Sosial

06 İyul 2023 12:57 24147


Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinə yeni təyin edilən Nargilə Qafarova uzun illəridir ki, Qəbələdə bu sahəyə rəhbərlik edib.

Bizim.Media xəbər verir ki, Nargilə Qafarova təcrübəli və təşkilatçı mədəniyyət işçilərindən biri kimi xarakterizə edilir. O, uzun illər Qəbələ rayon mədəniyyət sektruna rəhbərlik edib. 

Yeni direktor əvəzi Qəbələ rayonunun ictimai-siyasi həyatında aktiv iştirak etməklə yanaşı bədii yaradıcılıqla da məşğuldur. pizza hut

Ədəbi mühitdə Nargilə Rəhman imzası ilə şeir və hekayələri dərc olunur. Ötən il isə onun qələmə aldığı “Aliyə” adlı avtobioqrafik romanı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edilib ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov bu vəzifədən kənarlaşdırılıb. İdarənin yeni rəis əvəzi vəzifəsi Nargilə Qafarovaya həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!