Neft oğurlamaq istədilər, kəməri partlatdılar – 2 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Neft oğurlamaq istədilər, kəməri partlatdılar – 2 nəfər saxlanıldı

Kriminal

03 Sentyabr 2026 17:53 24


Sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verib.

Yeni Sabah xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə etmək məqsədilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. pizza hut

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kəmərə qanunsuz müdaxilə edərək neft oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov saxlanılıb.

Araşdırma zamanı yanğının da məhz həmin şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi nəticəsində baş verdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!