Netanyahu Əbu-Dabiyə niyə gizli getdi? – Görüşün pərdəarxası

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Əbu-Dabiyə niyə gizli getdi? – Görüşün pərdəarxası

Dünya

28 Sentyabr 2026 08:16 100


İsrailin Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, İsrailin 12-ci kanalı Netanyahunun bazar günü səhər şəxsi təyyarə ilə Əbu-Dabiyə getdiyini yazıb. Məlumata görə, baş nazir gün ərzində BƏƏ-də olub və axşam İsrailə qayıdıb. Səfər çərçivəsində BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüş keçirildiyi iddia olunur.

Görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb. Netanyahu ofisi isə xəbərlə bağlı hər hansı açıqlama verməyib. Marqarita pizza

Səfərin 2023-cü il 7 oktyabr hadisələri ilə bağlı yayılan yeni iddialardan sonra baş verdiyi də qeyd olunur. Həmin iddialara görə, BƏƏ prezidenti Netanyahuya HƏMAS-ın hücum təhlükəsi barədə əvvəlcədən xəbərdarlıq edib. Lakin həm BƏƏ tərəfi, həm də Netanyahu bu məlumatları daha əvvəl təkzib edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!