Nyu-Yorkda İsrail Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı öncəsi keçirilən etiraz aksiyasında 103 nəfər saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, saxlanılanlar arasında “Oskar” mükafatlı aktrisa Syuzan Sarandon və “Emmi” mükafatlı “Hacks” serialının aktrisası Hannah Einbinder də olub. Etirazçılar Netanyahunun BMT-də çıxışından əvvəl şəhərin küçələri ilə BMT-nin Baş Qərargahına doğru yürüş ediblər.
Nümayişçilər İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarına görə məsuliyyət tələb edib və ABŞ-nin İsrailə hərbi dəstəyini dayandırmasını istəyiblər. Aksiya zamanı polis nümayişçilərə müdaxilə edib. pizza sifarişi
Nyu-York Polis Departamenti aksiya zamanı ictimai asayişi pozduqları əsas gətirilərək 103 nəfərin saxlanıldığını açıqlayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız