“Panikaya düşməyin, yaxşıyam”  - Fatih Terim danışdı
25 Mart 2020 13:37
266

“Panikaya düşməyin, yaxşıyam” - Fatih Terim danışdı

“Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimdən xəbər var.

Yenisabah.az xəbər verir ki, usta məşqçi müalicəsinin yaxşı getdiyini bildirib: “Panikaya düşməyə, əndişələnməyə ehtiyac yoxdur. Özümü çox yaxşı hiss edirəm”.

Fatih Terim futbolçularına da səslənib: “Özünüzün, ailə üzvlərinizin qeydinə qalın. Kənar şəxslərlə əlaqəni kəsin, evdən bayıra çıxmayın. Mənə görə isə məyus olmayın. Hər şey yaxşı olacaq”.

Oxşar xəbərlər