Paytaxtda elektron ödənişlə işləyən avtobusların sayı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda elektron ödənişlə işləyən avtobusların sayı məlum oldu

Sosial

25 İyun 2026 10:27 71


“Avtomatlaşdırılmış gediş haqqı ödəmə sisteminin (AFPS) sərnişin axınının izlənməsi və rəqəmsal dispetçerliyin tətbiqi müasir ictimai nəqliyyatın ayrılmaz hissəsidir. Bu sistemlər nəqliyyat vasitələrinin sayının artırılmasından daha çox, mövcud resursların səmərəli idarə edilməsinə imkan yaradır”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Facebook” səhifəsində yazıb.

O bildirib ki, rəqəmsal dispetçer sistemi avtobusların real vaxt rejimində izlənməsini, interval və qrafiklərə nəzarəti təmin edir: pizza sifarişi

“AFPS (Automated Fare Payment System) – nağdsız ödənişlərin, vahid nəqliyyat kartlarının və mobil ödənişlərin tətbiqi ilə gediş haqqı yığımını şəffaflaşdırır, gəlirlərin uçotunu dəqiq aparmağa imkan verir. Azərbaycanda bu istiqamətdə mühüm addım 2015-ci il avqustun 8-də Bakı metropolitenində inteqrasiya olunmuş ödəniş sisteminin tərkib hissəsi kimi “BakıKart” sisteminin tətbiqi olub. Hazırda Bakıda xəttə çıxan 2160 avtobusun təxminən 1860-ı artıq elektron ödəniş sistemi ilə işləyir, yalnız 300 avtobusda nağd ödəniş tətbiq olunur.

Sərnişin axınının izlənməsi – validatorlar, sensorlar və digər rəqəmsal alətlər vasitəsilə hansı marşrutlarda, hansı saatlarda və hansı dayanacaqlarda daha çox tələbat olduğunu müəyyən edir. Bu məlumatlar marşrut şəbəkəsinin optimallaşdırılması və nəqliyyatın real tələbat əsasında planlaşdırılması üçün əsas rol oynayır.

Rəqəmsal dispetçer sistemi – avtobusların real vaxt rejimində izlənməsini, interval və qrafiklərə nəzarəti təmin edir, gecikmələrə operativ müdaxilə etməyə imkan yaradır.

Nəticədə nəqliyyat operatoru faktiki məlumatlara əsaslanan qərarlar qəbul edir, sərnişinlər isə daha proqnozlaşdırılan, rahat və etibarlı xidmət əldə edirlər. Bu səbəbdən yeni elektrik avtobusların alınması ilə yanaşı, AFPS, sərnişin axınının monitorinqi və rəqəmsal dispetçer sistemlərinin qurulması da paralel şəkildə planlaşdırılmalıdır. Bu komponentlər olmadan nəqliyyatın modernləşdirilməsi tam effekt vermir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!