Pensiya artımı ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiya artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

12 Oktyabr 2026 12:33 279


Bu ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 548 milyon manat və ya 10 faiz çoxdur.

"Yeni Sabah" xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

2026-cı il oktyabrın 1-nə olan məlumata görə, pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 634 manat təşkil edib. pizza

Bildirilib ki, yanvar-sentyabr aylarında 28 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən indiyədək isə ümumilikdə 206 min pensiya bu qaydada təyin olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!