2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 882 milyon 723 min manat sığorta ödənişi edilib.
“Yeni Sabah” xəbər verir ki, ödənişlərin məbləğinə görə renkinqə 548 milyon 526 min manatla “Paşa Həyat Sığorta” başçılıq edir. İkinci pillədə 130 milyon 899 min manatla “Paşa Sığorta”, üçüncü pillədə isə 87 milyon 753 min manatla “AtaŞgah Həyat Sığorta” qərarlaşıb.
Digər şirkətlərin ödəniş göstəriciləri isə belədir. “AtaŞgah Sığorta” 31,995 min manat, “Qala Sığorta” 17,999 min manat, “Azərbaycan Sənaye Sığorta” 14,044 min manat, “Meqa Sığorta” 12,514 min manat, “A-Group Sığorta Şirkəti” 9,714 min manat, “Xalq Sığorta” 7,835 min manat, “Meqa Həyat Sığorta” 7,058 min manat, “Qala Həyat Sığorta” 3,811 min manat, “Xalq Həyat Sığorta” 3,563 min manat, “Aqrar Sığorta” 1,894 min manat, “AzSığorta” 1,451 min manat və “İpək Yolu Sığorta” 402 min manat təşkil edir. pizza sifarişi
Telegram kanalımız