"Bursaspor"un nigeriyalı hücumçusu Keleçi İxeanaço Türkiyə futbol tarixində görünməmiş bir göstəriciyə imza ataraq özünə aid rekordu daha da təkmilləşdirib.
“Yeni Sabah” xəbər verir ki, forvard liqada çıxış etdiyi son 12 qarşılaşmanın hər birində rəqib qapılarına yol tapmağı bacarıb.
Bu möhtəşəm performansla İxeanaço Türkiyə futbol liqaları tarixində ardıcıl ən çox oyunda qol vuran futbolçu ünvanını özündə saxlayaraq rekordu əlçatmaz səviyyəyə çatdırıb. pizza hut
Nigeriyalı hücumçunun bu sabit və məhsuldar oyunu "Bursaspor"un çempionatdakı uğurlu çıxışında əsas faktora çevrilib.
Nazim Hacıyev
Telegram kanalımız