Prezidentin geri çağırdığı səfir barədə nələri bilmirik? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin geri çağırdığı səfir barədə nələri bilmirik? - DOSYE

Siyasət

10 Avqust 2026 14:27 601


Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Sadıqov Azərbaycanın Belçika, habelə Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

“Yeni Sabah” 70 yaşlı diplomatın tərcümeyi-halı ilə bağlı maraqlı məqamları təqdim edir:

V.Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib. 1986-cı ildən filoloji elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb. pizza sifarişi

1992-ci ilin əvvəlində Vaqif Sadıqov Azərbaycanın diplomatik xidmətində işə başlayıb, 1993-1995-ci illərdə Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995-ci ilin aprel ayında V.Sadıqov Azərbaycanın Avstriyada səfiri və BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

1998-ci ildən etibarən səfir o, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-ci ildən isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi olub.

2004-cü ilin aprel ayında səfir V.Sadıqov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

2010-cu ilin oktyabr ayında V.Sadıqov Azərbaycanın İtaliya, Malta və San Marinodakı səfiri, eləcə də Romada yerləşən BMT-nın Ərzaq və Kənd Təssərüfatı Təşkilatı, BMT-nın Dünya Ərzaq Proqramı və BMT-nın Kənd Təssərüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında Azərbaycanın daimi nümayəndəsi vəzifələrində çalışıb.

Peşəkar diplomat 2016-cı ilin yanvar ayında V.Sadıqov Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatalar yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib. 2021-ci ilin avqustunda Belçikada səfiri vəzifəsinə təyin edilib.

O, evlidir, 2 uşağı var.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!