İsraildə keçirilən parlament seçkilərində müxalifət bloku öndə olsa da, hökumət qurmaq üçün yetərli səs toplaya bilməyib.
“Yeni Sabah” xəbər verir ki, Baş nazir Binyamin Netanyahu isə sağçı qüvvələrin çoxluğa sahib olduğunu iddia edərək onları birliyə çağırıb.
İsrailin dövlət televiziyası KAN-ın açıqladığı ilkin nəticələrə əsasən, keçmiş Baş Qərargah rəisi Qadi Eysenkotun rəhbərlik etdiyi müxalifət bloku 52 mandat qazanıb. Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı hakimiyyət bloku isə 50 mandat əldə edib. Pepperoni pizza
Bununla belə, 120 yerlik İsrail parlamentində hökumət qurmaq üçün ən azı 61 mandat lazımdır. Müxalifət bloku seçkilərdə öndə olsa da, bu həddə çata bilməyib.
İlkin nəticələr açıqlandıqdan sonra Likud Partiyasının Qərbi Qüdsdəki seçki qərargahında tərəfdarları qarşısında çıxış edən Netanyahu rəsmi nəticələri gözlədiklərini bildirib. O, partiyasının seçkilərdə birinci yeri tutduğunu iddia edib.
“Likud İsrailin ən böyük partiyasıdır”, – deyə Netanyahu vurğulayıb.
O, seçkilərin nəticələrinə baxmayaraq, sağçı blokun açıq və qəti çoxluğa sahib olduğunu irəli sürüb. Netanyahu ərəb partiyalarının daxil olacağı mümkün hökumət variantını da rədd edib. O bildirib ki, İsrailin təhlükəsizliyini təhdid etdiyini düşündüyü və sionizmə qarşı çıxdığını iddia etdiyi ərəb partiyalarının dəstəyi ilə hökumət qurmaq mümkün deyil.
Baş nazir Fələstin ərəblərini təmsil edən partiyaların İsrail üçün təhlükə yaratdığını iddia edərək, sionist qüvvələri birləşməyə çağırıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız