Qaz çənlərində təhlükəli vəziyyət -   FHN hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Qaz çənlərində təhlükəli vəziyyət - FHN hərəkətə keçdi

Hadisə

17 Sentyabr 2026 10:20 102


Ağcabədidə təhlükəli vəziyyətdə işləyən maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində fərdi sahibkara məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Toyuqlu pizza

Yoxlama zamanı məntəqədə quraşdırılmış 2 maye qaz çəninin qoruyucu klapanlarının dövri yoxlamadan keçirilmədiyi, həmçinin çənlərə texniki baxışın aparılmadığı müəyyən edilib.

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və aşkar edilmiş pozuntuların insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Pozuntuların aradan qaldırılması ilə bağlı tərtib edilmiş aktın bir nüsxəsi sahibkara təqdim olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!