İtaliya A Seriyasında mövsümün ən dramatik və sensasiyalı oyunlarından biri geridə qalıb. "Sassuol"nun meydanında qonaq olan "Yuventus" gərgin keçən qarşılaşmada 3:2 hesabı ilə məğlub olaraq yeni mövsümdə ilk məğlubiyyətini alıb.
“Yeni Sabah” xəbər verir ki, matçın ilk 60 dəqiqəsi qolsuz bərabərliklə keçsə də, qarşılaşmanın son hissəsi əsl qol şousuna səhnə olub. Hesabı 65-ci dəqiqədə Nemanya Matiçin ötürməsindən sonra Sebastyan Espozito açıb və ev sahiblərini önə keçirib.
"Qoca sinyora" zədəli və buraxılan qolun şokunu atlatmaq üçün hücumları artırıb. 82-ci dəqiqədə Edon Jeqrova fərdi ustalığı sayəsində hesabı bərabərləşdirib — 1:1. pizza mizza
Oyunun son dəqiqələri isə fantastik ssenari ilə yadda qalıb:
89-cu dəqiqədə Kieron Boui Darril Bakolanın ötürməsindən yararlanaraq "Sassuolo"nu yenidən önə çıxarıb. Əlavə olunmuş 90+1-ci dəqiqədə Randal Kolo Muaninin pasını qola çevirən Edon Jeqrova dubl edərək turinlilərə bərabərlik gətirib. Lakin bu da matçın son nöqtəsi olmayıb. 90+4-cü dəqiqədə Armand Loriyentenin ötürməsini tora qovuşduran Vasiliye Adziç "Sassuolo"ya möhtəşəm qələbə qazandırıb.
Bu nəticə ilə "Yuventus" çempionatda ilk dəfə xalsız qalıb, "Sassuolo" isə son saniyə qolu ilə vacib 3 xalı aktivinə yazdırıb.
Nazim Hacıyev
Telegram kanalımız