Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu -   Azərbaycanda QƏRİBƏ HADİSƏ

saytların hazırlanması

Evə çatdırılma

Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ

Kriminal

13 Avqust 2026 19:49 48


Sabirabadda kişi bəyənmədiyi qadına görə cərimələnib.

''Yeni Sabah'' Lent.az-a istinadən xəbər verir ki, hadisə Ulacalı kəndində baş verib.

43 yaşlı Kamil Dadaşovun (şərti adla) qohumları bir qadını ona arvad kimi işlədiyi fermaya gətiriblər. Lakin bir gün sonra Kamil xasiyyətlərinin uyğun gəlmədiyini görərək, qadını geri qaytarmaq istəyib və onu nalayiq ifadələrlə təhqir edib. Bu zaman qadın səs-küy salaraq, ondan şikayət edib. Şikayət əsasında Kamil saxlanılıb və barəsində inzibati protokol tərtib olunub. pizza mizza

Kamil bildirib ki, qadının şikayəti ilə əlaqədar o, polis şöbəsinə gəlib:

"Şöbənin arxa tərəfdən girişi olan qapısının qarşısında məni dəvət edən polis əməkdaşı ilə qarşılaşdım. Polis əməkdaşı qadının onu döyməyim barədə şikayət etdiyini bildirəndə əsəbiləşib onun ünvanına nalayiq ifadələr işlətdim".

Sonda Kamil Dadaşov əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə o, 50 manat məbləğində inzibati qaydada cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!