Əliyar Qasımovun restoranında mahnılardan icazəsiz istifadə edilib - Təzminat ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Qasımovun restoranında mahnılardan icazəsiz istifadə edilib - Təzminat ödəniləcək

Sosial

30 Oktyabr 2026 15:11 100


“Burger Baku” restoranı müəllifdən icazə almadan istifadə etdiyi mahnılara görə təzminat ödəyəcək.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Azərbaycan Müəllifləri” İctimai Birliyi Səbail Rayon Məhkəməsində həmin restoranın icarədarı, “Hollywood” kino-klub və restoranlar şəbəkəsinin sahibi kimi tanınan Əliyar Qasımova qarşı iddia qaldırıb.

Şikayət ərizəsində qeyd edilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir. İctimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir.  Toyuqlu pizza

Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən cavabdeh Qasımov Əliyar Ərəstun oğluna pretenziya təqdim olunmasına baxmayaraq, cavab verilməyib.

Şikayətdə qeyd olunub ki, nəticə etibarilə, cavabdeh müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla icazə (Lisenziya) almadan musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərib. 

Restoran fəaliyyətində istifadə olunan musiqilər üçün ümumilikdə 50 000 manata yaxın kompensasiya tələb edilib.

Məhkəmə qərardadı ilə iddiaçının vəsatəti əsasında cavabdeh Ə.Qasımov əsl cavabdeh olan, mülkün sahibi ilə əvəz olunub. Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib. Buna görə də, obyekti Əliyar Qasımova icarəyə verən mülkün əsl sahibi ola qadın qarşı tərəfə 2160 manat təzminat ödəməli olacaq.

Əliyar Qasımov ictimaiyyət üçün tanış simadır. İllər öncə Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun qalmaqallı şəkildə bağladığı “26” kafesini də məhz o işlədirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!