“Real Madrid“ qalib gəldi
03 İyl 2020 02:30
528

“Real Madrid“ qalib gəldi

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turun son oyununda lider "Real Madrid" "Xetafe" ilə qarşılaşıb.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub. 

Qeyd edək ki, bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər