Roberto Karlos: “Qazandığımın 99 faizini itirmişəm”

saytların hazırlanması

Evə çatdırılma

Roberto Karlos: “Qazandığımın 99 faizini itirmişəm”

İdman

27 Sentyabr 2026 13:50 120


Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerası ərzində qazandığı vəsaitin böyük hissəsini itirdiyini bildirib.

"Yeni Sabah" Corriere dello Sport-a istinadla xəbər verir ki, 53 yaşlı keçmiş müdafiəçi deyib:

“Mənim hesabımı sıfırlayan insanlarla bağlı problemlərim oldu. Agentlər və ailə problemləri ucbatından futbolda qazandığım hər şeyin 99 faizini itirdim. Bir dəfə mənə bir dəstə sənəd göndərdilər. Həmin sənədlərin mövcudluğundan belə xəbərim yox idi. Məlum oldu ki, bütün əmlakımı itirmişəm. Pepperoni pizza

Həyatımda baş verən bütün mənfi hadisələri gənc futbolçularla bölüşmək istəyirəm ki, onlar da mənim etdiyim səhvləri təkrarlamasınlar”.

Roberto Karlos karyerasını 2015-ci ildə başa vurub. O, daha çox “Real”dakı çıxışları ilə tanınıb. Braziliyalı müdafiəçi Madrid klubunun heyətində 4 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Karlos Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu, 1997 və 1999-cu illərdə isə Amerika Kubokunun qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!