Sabah bəzi ərazilər işıqsız qalacaq   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilər işıqsız qalacaq - SİYAHI

Sosial

13 Oktyabr 2026 00:27 117


Təmir işləri ilə əlaqədar Bakının iki rayonunda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. pizza mizza

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai RETSİ-nə daxil olan Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində saat 09:30-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bundan əlavə, oktyabrın 13-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq bir sıra hava xətlərində və Komplekt Transformator Məntəqəsində (KTM) təmir, eləcə də hava xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək.

Ağdaşın Ağzıbir, Aşağı Nemətabad, Hacılar, Xınaxlı, Kotavan, Qaraoğlan, Qobuüstü, Pirəzə, Pirkəkə, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçayda Qaraməryəm, Qarayazı, Şahsoltanlı və Yekəxana kəndlərinin bəzi ərazilərində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!