Sabahdan qadağa qüvvəyə minir

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan qadağa qüvvəyə minir

Sosial

30 İyun 2026 11:19 99


Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir.

"Yeni Sabah" xəbər verir ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun müvafiq tələbinə görə, sabahdan 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağandır.

Xatırladaq ki, yanvarın 1-dən isə 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları qadağan olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!