UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşib.
“Bayquşlar” pley-off mərhələsinə yüksələcəyi təqdirdə, “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq. Dördpendirli pizza
“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin “The New Saints” (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” (1:0, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.
Azərbaycan çempionu III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.
Telegram kanalımız