Sosial şəbəkələrdə "ABB Bank"ın sahibkarlara göstərdiyi xidmətin keyfiyyətsizliyi və bürokratiyası ilə bağlı növbəti açıq narazılıq paylaşılıb. Aydın Pərviz adlı sahibkar bankın fəaliyyətini sərt tənqid edərək xidmət səviyyəsindən şikayətlənib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin bildirdiyinə görə, ayın 9-dan etibarən özünə məxsus kassa aparatının "ABB Bank" sisteminə inteqrasiya olunması üçün banka müraciət edib. Ötən müddət ərzində məsələ ilə bağlı 10-a yaxın zəng olunsa da və şəxsən bankın Yasamal filialına yaxınlaşılsa da, heç bir irəliləyiş əldə edilməyib.
Sahibkar filialda qarşılaşdığı laqeydliyi və operativliyin olmamasını xüsusi vurğulayıb: pizza sifarişi
"Filialda bizə bildirildi ki, onlar yalnız baş ofisə e-mail göndərə bilirlər. Nəticədə müraciətin icrası ilə bağlı nə konkret cavab var, nə də həll yolu. Biz sahibkarlar banklarla işləyirik, hesablarımızdan dövriyyə keçir və təbii olaraq bunun qarşılığında operativ, peşəkar xidmət gözləyirik. Sadə bir texniki inteqrasiya üçün günlərlə gözləmək normal müştəri xidməti hesab edilə bilməz".
Aydın Pərviz "ABB Bank" rəhbərliyinə müraciət edərək məsələnin dərhal araşdırılmasını, müraciətin nəticəsiz qalma səbəblərinə aydınlıq gətirilməsini və problemin tezliklə həll olunmasını tələb edib.
Nazim Hacıyev
Telegram kanalımız