“Samsung”dan mübahisəli qərar -   Telefon alanlar əlavə pul ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Samsung”dan mübahisəli qərar - Telefon alanlar əlavə pul ödəyəcək

Rəqəmsal

30 Sentyabr 2026 09:50 136


"Samsung"un yeni qərarı telefon alanları təəccübləndirib. Şirkət bəzi ucuz modellərin qutusundan təkcə şarj başlığını deyil, USB-C kabelini də çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, Samsung 2026-cı ildə satışa çıxardığı münasib qiymətli Galaxy A07s və A08 modellərinin qutusunda USB-C şarj kabelinə yer verməyib. Yeni modelləri alan istifadəçilər qutunu açdıqda telefon, sürətli başlanğıc təlimatı və SİM kart yuvasını açmaq üçün iynə ilə qarşılaşırlar.

"Samsung" "Galaxy S21" seriyasından etibarən telefonların qutusuna şarj başlığı qoymur. Şirkət indi isə ilk dəfə münasib qiymətli modellərdən şarj kabelini də çıxarıb. Bu qərarın şirkətin xərcləri azaltmaq siyasəti ilə bağlı olduğu bildirilir. "Galaxy A07" modeli şarj kabeli ilə satılmağa davam edir. Lakin "A07s" və "A08" modellərində kabelin də qutudan çıxarılması alıcıların əlavə xərc çəkməsinə səbəb olacaq. pizza sifarişi

Xüsusilə ilk telefonunu alan istifadəçilər cihazı enerji ilə təmin etmək üçün ayrıca şarj kabeli və uyğun başlıq almalı olacaqlar.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!