2026-cı ilin ilk altı ayı ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) tabeliyində olan sənaye zonalarında məhsul buraxılışının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,6% artaraq 1,94 milyard manata çatıb.
“Yeni Sabah” agentliyə istinadən xəbər verir ki, hesabat dövründə sənaye zonalarında hazırlanan məhsulların 554,7 milyon manatlıq hissəsi xarici bazarlara yönəldilib.
Sənaye parklarında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni yatırımların cəlb edilməsi məqsədilə rezidentlərə qeydiyyata alındıqları andan etibarən 10 illik geniş vergi və gömrük imtiyazları verilir. Bu çərçivədə rezidentlər mənfəət, əmlak və torpaq vergilərindən tam azad olunur, həmçinin istehsalat üçün gətirilən texnika və avadanlıqların importu zamanı 10 il ərzində ƏDV və gömrük rüsumları ödənmir. Marqarita pizza
Tətbiq edilən bu stimullaşdırıcı tədbirlər investorların maliyyə yükünü azaltmağa və istehsal güclərini artırmağa xidmət edir.
Telegram kanalımız