Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Dəniz Neft Korporasiyası (CNOOC) arasında strateji tərəfdaşlığın əsasını qoyan Anlaşma Memorandumu imzalanıb.
“Yeni Sabah” SOCAR-a istinadən xəbər verir ki, sənədin imzalanması SOCAR rəhbəri Rövşən Nəcəf ilə CNOOC-nin sədri Canq Şanczyan arasında baş tutan işgüzar görüş çərçivəsində gerçəkləşib. Danışıqlar zamanı tərəflər dəniz yataqlarında karbohidrogen ehtiyatlarının axtarışı, işlənməsi, hasilatı, eləcə də neft emalı, neft-kimya sektorunda investisiya perspektivləri və beynəlxalq ticarət əlaqələrini müzakirə ediblər. Görüşdə həmçinin müasir texnologiyaların tətbiqi və istehsalat səmərəliliyinin yüksəldilməsi imkanları diqqət mərkəzində olub.
Əldə olunan razılaşmaya əsasən, iki qurum həm Azərbaycan ərazisində, həm də üçüncü ölkələrdə birgə ilkin mərhələ (upstream) layihələrinin icrasını nəzərdə tutur. Dördpendirli pizza
Bununla yanaşı, enerji sektorunda texniki xidmətlərin göstərilməsi, avadanlıq və texnoloji təchizat, mühəndislik, habelə əməliyyat-texniki dəstək sahələrində də sıx əməkdaşlıq həyata keçiriləcək.
Telegram kanalımız