İki aylıq körpə ağır gedişli suçiçəyi və onun yaratdığı ağırlaşmalar səbəbindən reanimasiyaya yerləşdirilib.
Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.
Məlumata görə, 16 iyun 2026-cı il təvəllüdlü qız körpə avqustun 31-də Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub. Dominos pizza
Hospitalizasiya zamanı körpənin vəziyyəti ağır qiymətləndirilib. Onun huşu aydın olmayıb, bədənində geniş yayılmış səpgilər və nekrotik dəyişikliklər, həmçinin ağır tənəffüs çatışmazlığı müşahidə edilib.
Körpə süni tənəffüs cihazına qoşularaq ağır parametrlərdə tənəffüs dəstəyi alıb.
Həkimlərin apardığı reanimasiya tədbirləri, uzunmüddətli intensiv müalicə və fasiləsiz tibbi müşahidə nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.
Müalicənin ardından vəziyyəti stabilləşən körpə sentyabrın 12-də evə buraxılıb.
Aytac Əliyeva
Telegram kanalımız