Tarixi oyundan öncə “Qarabağ”da   CİDDİ İTKİ

saytların hazırlanması

Evə çatdırılma

Tarixi oyundan öncə “Qarabağ”da CİDDİ İTKİ

İdman

17 Fevral 2026 19:49 11954


Sabah UEFA Çempionlar Liqasında "Qarabağ" növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi "Nyukasl"ı qəbul edəcək.

"Yeni Sabah" Apasport.az-a istinadla xəbər verir ki, Ağdam klubunun heyətində yalnız bir itki var.

Komandanın əsas qapıçısı Mateuş Koxalskinin zədəsi davam edir. "Qarabağ"ın tibb heyəti qolkiperin "Nyukasl"la görüşdə oynaması üçün bərpa prosesini davam etdirirlər. Marqarita pizza

Koxalskinin sabah keçiriləcək matçda iştirak edib-etməyəcəyi oyunöncəsi məşqdə bəlli olacaq.

"Qarabağ"ın heyətində başqa itki yoxdur. Koxalski hazır olarsa, Ağdam təmsilçisi görüşə tam heyətlə çıxacaq.

Xatırladaq ki, "köhlən atlar"ın son matçında da Mateuş iştirak etməyib. "İmişli" ilə oyunda onu Fabian Buntiç əvəzləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Natiq
    Qarabag Futbol Kulubu Juninjo kimj Prestifli 2 Guclu Hucumcu ve 2 yaxsi mudafiyeci Birde Koxalski kimi ehtiyyat qapici almalidi
    3 months ago
  • Əlizadə İsmayıl
    Menim fikrimce Qurban Qurbanov her ne deyirse hakli ve bezi şrylerde varki onu saxlayib mimkasiyla başa salir koxalskiyə isə gəldikdə koci tez sağal
    3 months ago