Telekanallar surdotərcüməçi götürməyə niyə meylli deyil? - “Təəssüf ki...”

saytların hazırlanması

Evə çatdırılma

Telekanallar surdotərcüməçi götürməyə niyə meylli deyil? - “Təəssüf ki...”

Sosial

21 Avqust 2026 14:40 89


“Prezidentin təsdiq etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavədən sonra “Mədəniyyət TV” və “İdman Azərbaycan” kanalları Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyindən 2 surdotərcüməçi istədi. Birlik istəyi təmin etdi. Təəssüf ki, digər kanallardan bu barədə müraciət olmadı”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin prezident köməkçisi Kəmalə Ələkbərova deyib.

O bildirib ki, hazırda təşkilatda fəaliyyət göstərən və yerli telekanallarda işləyə biləcək yetərincə surdotərcüməçi var: pizza sifarişi

“Əgər kanallar surdotərcüməçilərlə bağlı müraciət etsələr, məmuniyyətlə təmin edərik. Bizim surdotərcüməçilər Ədliyyə Nazirliyinin sistemində qeydiyyatdan keçmiş şəxslərdir. Daha öncədən “Real” TV-də 2 surdotərcüməçimiz fəaliyyət göstərir. AzTV-dən də müraciət edilmişdi. Ola bilsin ki, yeni mövsümdə ana xəbərlər blokuna surdotərcüməçi istənilsin. Bu barədə danışıqlar gedir. “İctimai TV” isə Azərbaycan Karlar Cəmiyyətindən deyil, başqa ictimai birliyə müraciət edib və surdotərcüməçini oradan təmin edib”.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprelində təsdiqlədiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna əlavə edilən yeni – 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin informasiya əldə etmək hüququnu təmin edir.

Azərbaycan İşarət Dili rəsmi olaraq Azərbaycan Respublikasının dövlət dilindən şifahi şəkildə istifadə edərkən tam eşitmə qüsuru olan şəxslər üçün ünsiyyət dili kimi tanınır. Dövlət büdcəsindən maliyyələşdirilən və ictimai yayımçı statusuna malik olan ölkə miqyaslı yerüstü televiziya yayımçıları, əsas vaxtda yayımlanan informasiya proqramlarının Azərbaycan İşarət Dili tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan İşarət Dili tərcüməsi müvafiq təhsil və ixtisasa malik şəxslər tərəfindən həyata keçirilir. Dövlət audiovizual əsərlərin subtitrlərlə verilməsini təşviq edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!