Fatih Terim Türkiyə milli komandasının İtaliya ilə matçda ağır məğlubiyyət yaşamasını sərt şəkildə tənqid edib. Təcrübəli mütəxəssis komandanın psixoloji və fiziki müqavimətsizliyindən narazılığını bildirib.
Milli komandanın sabiq baş məşqçisi meydandakı ruhsuzluğa diqqət çəkib:
"Meydanda bir ağırlıq, bir ümidsizlik var və əsas təhlükəli məqam da budur! Kimsə çıxıb bir söz desin, özümüzə gələk. Öz meydanımızda rəqib əllərini-qollarını sallaya-sallaya gəlir. Nə təzyiq var, nə də bir taktiki qayda pozuntusu. Mənəvi durum çox acınacaqlıdır, sanki komandanın üzərinə ölü torpağı səpilib". Dördpendirli pizza
Terim eyni zamanda azarkeşləri, texniki heyəti və futbolçuları birləşməyə çağırıb.
Nazim Hacıyev
Telegram kanalımız