Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Tokio Olimpiadasında inanılmaz hadisə:  Rəqibinin qulağını...
28 İyl 2021 13:33
702

Tokio Olimpiadasında inanılmaz hadisə: Rəqibinin qulağını...

Yaponiyanın ev sahibliyi etdiyi 2020-ci il Tokio Olimpiadasında boks qarşılaşması zamanı maraqlı hadisə yaşanıb. Mərakeşli Youness Baalla Yeni Zellandlı rəqibi David Nyikanın qulağını dişləməyə çalışıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərakeşli boksçu Baalla matçın üçüncü və son raundunda rəqibi Nyikanın qulağını dişləməyə cəhd edib. Nyika son anda fiziki zərər görmədən özünü xilas etməyi bacarıb. 

Qeyd edək ki, buna oxşar hadisə 1997-ci ildə ABŞ boksçuları arasında da yaşanıb. Nyu York şəhərindəki Madison Square Garden-da oynanan ağır çəkidə çempionluq görüşündə Tyson rəqibi Holyfield-in qulağını dişlədiyi üçün mübarizədən kənarlaşdırılıb. Bu hadisədən sonra Taysonun boks lisenziyası 15 ay müddətinə ləğv edildi.

Nəzrin Vahid

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər