Azərbaycanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyul aylarında 30 milyard dolları ötüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Bu müddətdə 121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub. pizza mizza
2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30 017,4 milyon ABŞ dolları təşkil edib. Dövr ərzində 10 256,0 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6,9 faiz artıb. Real ifadədə isə xarici ticarət dövriyyəsi 15,1 faiz azalıb.
Aytac Əliyeva
Telegram kanalımız