XƏBƏRDARLIQ! Bakıda güclü külək, rayonlarda qar, yağış, leysan...

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ! Bakıda güclü külək, rayonlarda qar, yağış, leysan...

Sosial

09 Noyabr 2023 12:49 12842


Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. 

Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Pervin
    salam bu xeberler niye mene gec gelib catir ayinn 11 di gunorta 14;35 di saat hele indi gelir halbuki yagib qurtarib melumat sonradan gelib
    2 years ago
  • Nicat
    Qış üzünü göstərməyə başlıyır deyəsən
    2 years ago