XIX əsrə aid müalicəvi “Şor hamamı” söküləcək? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

XIX əsrə aid müalicəvi “Şor hamamı” söküləcək? - VİDEO

Sosial

13 Oktyabr 2026 15:00 114


"Şor hamamı" adlandırılan tarixi abidənin söküləcəyi ilə bağlı iddialar yayılıb.

"Yeni Sabah" Baku TV-yə istinadla xəbər verir ki, Mirzə Fətəli Axundzadə küçəsi, 105 ünvanında yerləşən XIX əsrə aid hamam vaxtilə müalicəvi əhəmiyyətli duzlu sudan istifadə olunması ilə tanınıb.

Dəri xəstəlikləri və oynaq ağrılarından əziyyət çəkən insanların üz tutduğu bu məkan həm də Bakının tarixi-mədəni irsinin nümunələrindən biridir. pizza mizza

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vaxtilə hamam insanların tez-tez üz tutduğu məkan olub.

"50-60 il əvvəl evlərdə hamam yox idi. Hamama getmək özü bir ənənə idi. Kişilər və qadınlar üçün ayrı bölmələr vardı. Gecələr də hamamçı işləyirdi", - deyə sakinlərdən biri xatirələrini bölüşüb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən hamam yerli əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır və onun sökülməsindən söhbət gedə bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!