Yaralı əsgərimiz vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Yaralı əsgərimiz vəfat etdi

Sosial

20 İyun 2019 12:09 2162


Azərbaycan ordusu əsgərini itirib. 

“Yeni Sabah” xəbər verir ki, İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Elnur Əsgərzadə hospitalda dünyasını dəyişib. 

O, iyunun 7-də xidmət etdiyi Murovdağ istiqamətində başından güllə yarası alaraq Gəncə şəhərində hospitala yerləşdirilimişdi. On gün komada qalan E.Əsgərzadənin həyatını həkimlər xilas edə bilməyib. O, dünən hospitalda keçinib. 

E.Əsgərzadənin hansı şəraitdə güllə yarası alması məlum deyil. Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı hər hansı açıqlama verməyib. Məsələ ilə bağlı Hərbi Prokurorluqdan da məlumat almaq mümkün olmadı. 

Criminal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!