Yardımlının 51 yaşlı sakininin üzərindən   görün nə tapıldı? - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yardımlının 51 yaşlı sakininin üzərindən görün nə tapıldı? - FOTO

Kriminal

15 Sentyabr 2026 11:02 107


Yardımlıda 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb. Onun üzərindən ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb. Dominos pizza

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırma davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!