Yaxın Şərqdə gərginlik artır - ABŞ ordusu hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Yaxın Şərqdə gərginlik artır - ABŞ ordusu hərəkətə keçdi

Dünya

28 İyul 2026 23:49 81


ABŞ Silahlı Qüvvələri İran limanlarına qarşı dəniz blokadasının bərpasından sonra bir sıra ticarət gəmilərinin hərəkət istiqamətini dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə paylaşım edib.

Məlumata əsasən, iyulun 28-nə olan vəziyyətə görə, 18 kommersiya gəmisi alternativ marşrutlara yönləndirilib. Bundan əlavə, iki gəminin fəaliyyəti dayandırılıb, daha iki gəmiyə isə blokada rejiminin icrasını təmin etmək məqsədilə desant qüvvələri çıxarılıb. Pepperoni pizza

CENTCOM-un açıqlamasında bildirilib ki, hazırda Yaxın Şərqdə 20-dən artıq ABŞ hərbi gəmisi xidmət aparır.

Qeyd edək ki, ABŞ administrasiyası İrana qarşı dəniz blokadasını iyulun 14-də yenidən qüvvəyə mindirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!