Zəhranın ölümü və Azərbaycan ailəsinin görünməyən böhranı

saytların hazırlanması

Evə çatdırılma

Zəhranın ölümü və Azərbaycan ailəsinin görünməyən böhranı

Sosial

18 İyun 2026 11:57 1242


Valideyn və övlad münasibətləri, düzgün tərbiyə, övladı yanlış yollardan çəkindirmək, daha faydalı istiqamətə yönləndirmək mövzusu yenidən gündəmə gəldi. Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhranın faciəli ölümü hər birimizin içində gizlətdiyimiz düşüncələrimizi yenidən tətikləyib üzə çıxardı. İndi sosial şəbəkələrdə bu hadisəyə görə valideyni qınayanlar da, müdafiə edənlər də eyni dərəcədə haqlıdır. Hər iki mövqe ilə bağlı arqumentlər kifayət qədər tutarlıdır.

Məşhur atalar və oğullar ziddiyyəti bu gün ailələrdə o qədər qabarıq hiss olunur ki...

İndi hər birimiz iti bıçaq ucunda yeriməyə çalışan kəndirbazlarıq. Özü də çox naşı kəndirbaz. Sezar pizza

Fərqində deyilik ki, bu bıçağı biz özümüz itiləmişik. Zaman-zaman davranışlarımızla, əməllərimizlə, etdiklərimiz və etmədiklərimizlə valideyn-övlad arasında belə bir uçurum yaratmışıq. Burada söhbət düşüncə fərqliliyindən, davranışdan, anlaşmadan və anlaşılmamaqdan gedir. Onların və bizim dünyamız başqadır, fərqlidir, biz onların, onlar da bizim düşüncələrimizi qəbul etmirlər.

Məsələ təkcə bu deyil. Məsələ orasındadır ki, övladlar valideynlərin davranışlarını təkrar edəndə belə bu bizə o qədər ağır gəlir ki. Onlar bir çox hallarda həqiqətən də bizi təkrarlayırlar: oğullar ataları, qızlar anaları. Onlar bizim əsərlərimizdir, uğurları ilə də, uğursuzluqları ilə də, doğruları ilə də, yanlışları ilə də...

...Bizim dövrümüzdə belə deyildi klişesi artıq mənasızdır.

Çoxumuz düşüncələrimizi açıq şəkildə deməyə cəsarət edə bilmirik. Lakin elə bu günlərdə Sərdar Cəlaloğlu Azərbaycan ailələri ilə bağlı müsahibəsində kifayət qədər açıq danışdı. O müsahibə bizim cəmiyyətin fotoalbomu idi. Rəngbərəg sərgi fotoları. Kimi istəsən, tapa bilərdin orada.

Biz cəmiyyət olaraq düzgün tərbiyə yolunu tapa bilmişikmi? Bizdən sonra gələnlərə necə nümunə oluruq? Sosial şəbəkələr Azərbaycan ailəsinin intimliliyini darmadağın edib. İndi xoşbəxtlik də ordadır, həyat tərzi də... Hər şeyi göstəriş üçün etmirikmi?! Yediyimiz, içdiyimiz, gəzdiyimiz, gördüyümüz...

Heç bir ictimai yükü olmayan göstərişli fotolarımıza gələn 5-10 isti reaksiyanı asılılıq halına gətirən bizlər uşaqlara necə örnək olduğumu dərk etməyəcək qədər şüursuzluq edirik. Elə Zəhra da çox güman ki, dünyanı belə dərk etmişdi. “Bloger vəkildən çox qazanır” deyə düşüncə fərqliliyini vəkil atasının özünə demişdi.

Valideyn - övlad münasibətlərindəki böhran tək bir ailənin problemi deyil. Bu, bütün cəmiyyətin qarşısında duran sualdır. Sosial şəbəkələrin yaratdığı saxta uğur və populyarlıq meyarları fonunda uşaqlara düzgün istiqamət göstərmək hər zamankından daha çətindir.

Fərhad Mehdiyevin qızı Zəhranın faciəsi ətrafında yaranan müzakirələr də məhz buna görə bu qədər geniş rezonans doğurur. Çünki insanlar bir ailənin ağrısından daha çox, öz evlərində, öz övladları ilə münasibətlərində gördükləri problemləri müzakirə edirlər.

Biz övladlarımızdan dəyişməyi tələb edirik, amma özümüz dəyişmək istəmirik. Onlara kitab oxumağı məsləhət görürük, amma özümüz telefondan ayrılmırıq. Onlardan dürüstlük gözləyirik, amma dilimizdən yalan düşmür. Məsuliyyət və mədəni davranış gözləyirik, gündəlik həyatımızda bunun əksini nümayiş etdiririk. Halbuki, uşaqlar tərbiyəni nəsihətlərdən yox, nümunələrdən öyrənirlər. Əgər yeni nəsildə nəyisə dəyişmək istəyiriksə, ilk addımı özümüz atmalıyıq.

İvan Turgenyev “Atalar və oğullar”da Bazarovun dilindən yazır: “İndiki zamanda ən faydalı şey inkar etməkdir. Biz də inkar edirik”.

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!