Şəmkir rayonunun Tatarlı kəndinin yeni yaşayış massivində küçə qaz xətlərinin çəkilişi davam etdirilir.
Bu barədə "Yeni Sabah"a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazlaşmayan ərazilərin təbii qazla təmin olunması məqsədilə aparılan işlər çərçivəsində yaşayış massivində müxtəlif diametrli borularla ümumilikdə 21 min metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Toyuqlu pizza
Hazırda 18 min metr qaz xəttinin çəkilişi tamamlanıb. Layihənin ilin sonunadək yekunlaşdırılması və nəticədə 250-dən artıq evin qazlaşdırılması planlaşdırılır.
Sahədə işlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir. Əməkdaşlar işə başlamazdan əvvəl təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırılırlar.
Uzun illərdir ərazidə yaşayan sakinlər isə təbii qaz xəttinin çəkilişini gözlədiklərini bildiriblər. Kənd sakini Əli Əliyev qeyd edib ki, 1999-cu ildən bu ərazidə yaşayır və qazın olmaması səbəbindən evlərini odun və digər yanacaq vasitələri ilə qızdırıblar.
Layihə başa çatdıqdan sonra Tatarlı kəndinin yeni yaşayış massivindəki sakinlərin də təbii qazdan istifadə imkanı yaranacaq.
Aytac Əliyeva
Telegram kanalımız