4 rayonda yanğın törədənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

4 rayonda yanğın törədənlər saxlanıldı

Kriminal

12 Avqust 2026 13:58 82


4 rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, ötən gün Cəlilabad rayonunun Maşlıq, Goranboy rayonunun Düzqışlaq, Oğuz rayonunun Yaqublu və İsmayıllı rayonunun Qəzli kəndlərində yanğın hadisələri törədən şəxslər müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub. Dördpendirli pizza

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!