40 günlük müharibə Azərbaycanla İranın ticarətinə necə təsir edib? -   ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

40 günlük müharibə Azərbaycanla İranın ticarətinə necə təsir edib? - ARAŞDIRMA

İqtisadiyyat

16 İyun 2026 11:12 520


2026-cı il fevralın 28-də İrana qarşı ABŞ-İsrail təcavüzü Azərbaycanla İslam Respublikası arasında ticari-iqtisadi əlaqələrə necə təsir edib?

Bir çox proqnoza baxmayaraq, gözlənilənin əksinə olaraq, bu sahədə artım var.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, Bakı və Tehran arasındakı ticarət münasibətləri ilin ilk 2026-cı ilin 4 ayında ümumi ticarət dövriyyəsində 9,3% artım qeydə alınıb. Elektronika məhsulları

Ümumən 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 644,1 milyon ABŞ dolları təşkil edib (yəni 2024-cü ilə nisbətən 0,5% azalma):

İxrac (Azərbaycandan İrana): 20 milyon dollar (+42,9% artım);

İdxal (İrandan Azərbaycana): 624,1 milyon dollar (-1,4% azalma);

Ümumi dövriyyənin təxminən 97%-ini İrandan edilən idxal təşkil edib.

2025-ci ildəki cüzi durğunluqdan sonra, 2026-cı ilin ilk aylarında ticarət əlaqələrində ardıcıl artım meyli qeydə alınıb.

O cümlədən yanvar-mart aralığında (I rüb): dövriyyə 169,532 milyon dollar olub (2025-ci ilin I rübinə nisbətən 7,8% artım).

Həmin zaman kəsimində Azərbaycanın İrana ixracı 42,3% azalıb (2,848 milyon dollar), İrandan idxal isə 9,4% artıb (166,684 milyon dollar).

Yanvar-aprel aralığında (4 aylıq): dövriyyə 223,563 milyon dollar təşkil edib (2025-ci ilin eyni dövründəki 204,543 milyon dollara nisbətən 9,3% artım).

Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən, 2026-cı ilin geridə qalan aylarında Azərbaycan ilə İran arasında ixrac-idxal edilən məhsulların strukturu aşağıdakı kimidir:

İrandan Azərbaycana idxal olunan əsas məhsullar nədir?

Əsasən, kənd təsərrüfatı və ərzaq Məhsulları: təzə tərəvəzlər (kartof, pomidor, badımcan, göyərti), sitrus meyvələri (xüsusilə portağal və naringi), quru meyvələr, xurma və müxtəlif növ qidaya yararlı duz/yodlaşdırılmış məhsullar. Habelə tikinti materialları: Sement, klinker, tikinti şüşələri, müxtəlif keramik kafel və plitələr, plastik borular. Bundan başqa, kimya və yüngül sənaye: yuyucu vasitələr (şampun, sabun, təmizləyici tozlar), plastik kütlələr və onlardan hazırlanan məhsullar, məişət kimyası sənayesi üçün xammal. Nəhayət, məişət və yüngül sənaye malları: plastik ev əşyaları, bəzi növ sintetik xalçalar və toxuculuq məhsulları.

Azərbaycandan İrana ixrac olunan əsas məhsulları olduqca kiçik paya (illik təxminən 3-4%) malikdir:

Qeyri-neft sənayesi məhsulları: kimya sənayesi üçün bəzi yarımfabrikatlar;

Kənd təsərrüfatı yönümlü mallar: müəyyən heyvandarlıq və damazlıq məhsulları, eləcə də bitki mənşəli bəzi yağlar və texniki bitki qalıqları;

Maşınqayırma və mexaniki avadanlıqlar: bəzi maşın və mexanizmlərin hissələri, eləcə də qara metallardan hazırlanan bəzi elementlər (re-ixrac və ya spesifik sifarişlər çərçivəsində).

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!