Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi 2027-2028-ci illərdə imzalana bilər.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.
"Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik", - Paşinyan qeyd edib. Pepperoni pizza
Daha əvvəl Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyini bəyan etmişdi.
Telegram kanalımız