Qubada 2 bələdiyyənin adı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Qubada 2 bələdiyyənin adı dəyişdirildi

Rəsmi

22 Oktyabr 2026 12:33 75


Qubanın 2 bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq. pizza sifarişi

Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir. Belə ki, Bəhrəli-Çinarlı bələdiyyəsi Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndlərini, Elbir bələdiyyəsi isə Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndlərini əhatə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!