“Biri silah, o biri bıçaq çıxarır” – Əbdül Xaliddən həyəcan təbili

saytların hazırlanması

Evə çatdırılma

“Biri silah, o biri bıçaq çıxarır” – Əbdül Xaliddən həyəcan təbili

Şou

30 Oktyabr 2026 14:38 99


Əbdül Xalid məktəblərdə şagirdlərin müəllimlərə qarşı davranışından narazıdır.

“Yeni Sabah” xəbər verir ki, ifaçı onların telefonla müəllim görüntülərinin paylaşılması hallarına hörmətsizlik sayır:

“Bizim dövrümüzdə müəllimdən valideynlərimizdən daha çox qorxurduq. Düşünürdük ki, müəllimin xoşuna gəlməyən bir hərəkət etsək, bizi tənbeh edər, valideynimiz isə bunun beş qatını edər. Bu tərbiyə evdən gəlir. 10-11-ci sinif şagirdlərinin belə tərbiyəsiz hərəkətlərə yol verməsi məni çox məyus etdi”. pizza hut

Əbdül Xalid məktəblərdə baş verən intihar, özbaşınalıq və şagirdlərin silah və bıçaq gəzdirməsi hallarından da narahatlığını bildirib. Müğənni Təhsil Nazirliyinin rəhbər orqanlarına müraciət edərək məktəblərdəki vəziyyətə müdaxilə olunmasını istəyib. O, gənclərin davranışları ilə bağlı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!