Daha 56 nəfər bu ada layiq görüldü

saytların hazırlanması

Evə çatdırılma

Daha 56 nəfər bu ada layiq görüldü

Sosial

30 Oktyabr 2026 14:36 114


Azərbaycanda 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 56 iddiaçıya diplom və attestatlar təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 30-da AAK-da keçirilən tədbirdə fəlsəfə doktoru elmi dərəcəsi almış 27 nəfərə, elmlər doktoru elmi dərəcəsi almış 6 nəfərə müvafiq diplomlar təqdim edilib. Sezar pizza

Bundan əlavə, Türkiyənin İstanbul Universiteti, Konya Texniki Universiteti və Fransanın Strasburq Universitetində verilmiş fəlsəfə doktoru elmi dərəcələrinə dair sənədləri tanınan 3 iddiaçıya nostrifikasiya şəhadətnamələri verilib.

Tədbir çərçivəsində müxtəlif elm sahələri və ixtisaslar üzrə 20 nəfərə dosent attestatı da təqdim olunub.

Dosent attestatları filologiya, pedaqogika, fizika, biologiya, texnika, kimya, tibb, aqrar və iqtisad elmləri sahələrini əhatə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!