Milli Məclisin bugünkü plenar iclasında küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. Bununla əlaqədar Əmək Məcəlləsinə müvafiq dəyişikliklər olunub.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə qurğularda küləkli havada çalışan işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin tam dayandırılması təmin ediləcək.
Həmçinin yeni tənzimləməyə görə, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş xüsusi hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda istisnasız olaraq dayandırılacaq. pizza sifarişi
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
Nazim Hacıyev
Telegram kanalımız