2025-ci il üzrə Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) sahələr üzrə strukturu və iqtisadi artım dinamikasına dair statistik göstəricilər bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə ÜDM-in formalaşmasında ən böyük pay 33,0% ilə sənaye sektorunun öhdəsinə düşüb. Digər əsas sahələrin xüsusi çəkisi isə sosial və digər xidmətlər üzrə 21,7%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə 11,3%, nəqliyyat və anbar təsərrüfatı üzrə 9,6%, məhsula və idxala xalis vergilər üzrə 7,1%, kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 6,5%, tikinti üzrə 5,9%, informasiya və rabitə üzrə 2,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə isə 2,1% təşkil edib.
İqtisadi artım dinamikasına gəlincə, 2025-ci ildə ümumi ÜDM-in 1,4%, qeyri-neft-qaz ÜDM-inin isə 2,7% artdığı müşahid olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ümumi ÜDM 4,2%, qeyri-neft-qaz sektoru 6,5% təşkil etdiyi halda, 2025-ci ildə artım tempi müəyyən qədər stabilləşməyə doğru yönəlib. Toyuqlu pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız