2026-cı ilin ilk 6 ayında Azərbaycandan 40 min 527,48 ton xurma ixrac edilib.
“Yeni Sabah” xəbər verir ki, ixrac olunan xurmanın statistik dəyəri 32 milyon 99,16 min dollar təşkil edib. Xurma ixracının ümumi ixracda payı 0,20%, qeyri-neft ixracında payı isə 0,58% olub.
2025-ci ilin ilk 6 ayında isə ölkədən 45 min 835,17 ton xurma ixrac edilib. Həmin dövrdə ixracın statistik dəyəri 32 milyon 946,21 min dollar təşkil edib. Xurmanın ümumi ixracda payı 0,26%, qeyri-neft ixracında payı isə 1,88% olub. Sezar pizza
Beləliklə, 2026-cı ilin ilk 6 ayında xurma ixracının həcmi illik müqayisədə 5 min 307,69 ton və ya 11,6% azalıb. İxracın statistik dəyəri isə 847,05 min dollar və ya 2,6% aşağı düşüb.
Eyni zamanda, xurmanın ümumi ixracda payı 0,26%-dən 0,20%-ə, qeyri-neft ixracındakı payı isə 1,88%-dən 0,58%-ə enib.
Cəlalə
Telegram kanalımız