22 sentyabr tarixində Marneulidə daha bir ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” Aktual.ge-yə istinadla xəbər verir ki, qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib. pizza hut
İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.
Qeyd edək ki, 22 sentyabr axşam saatlarında Marneuli bələdiyyəsinin Birinci Kosalı kəndi ərazisində də ağır yol qəzası orta yaşlı kişinin həyatına son qoyub.
Telegram kanalımız