Dağ-mədən və metallurgiya sənayesinin inkişafı çərçivəsində ətraf mühitin və təbiətin qorunması əsas prioritet kimi müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı ekoloji standartların gözlənilməsi ilə bağlı investorlara xəbərdarlıq edib:
"Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. "Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq." Pepperoni pizza
Prezident həmçinin dövlət şirkəti olan “AzerGold”un da bütün ekoloji standartlara tam cavab verməli olduğunu vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız