Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı

saytların hazırlanması

Evə çatdırılma

Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı

Kriminal

23 Sentyabr 2026 10:09 171


Heydər Əliyev Beynəlxalq Hava Limanında yerdən tapdığı 20 min dolları sahibinə qaytarmayan şəxs cinayət məsuliyyətinə cəlb olunub.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 1994-cü il təvəllüdlü Gəray Qasımov (ad-soyad şərtidir) çıxarılıb.

İttiham aktına görə, taksi fəaliyyəti ilə məşğul olan Gəray İstanbul-Bakı reysindən gələn qadın sərnişinin terminalın önündə içində 20 min dollar olan unutduğu çantanı götürüb və sahibə qaytarmamaqla yanaşı, polisə məlumat verməyib. Marqarita pizza

O, məbləği şəxsi borclarına sərf edib, pulun Allah tərəfindən göndərildiyini düşünərək dilənçilərə 3000 manat paylayıb.

İşin üstü qadının digər taksiyə minən zaman yerdə unutduğu çantanı götürmək məqsədilə aeroporta geri qayıdarkən açılıb. Kameralar vasitəsilə çantanın G.Qasımov tərəfindən götürüldüyü müəyyənləşib.

O, dəymiş ziyanın yarısını zərərçəkmişə ödəyib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!