Bakıda məktəblərlə bağlı gözlənilən rəqəm açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəblərlə bağlı gözlənilən rəqəm açıqlandı

Sosial

14 Sentyabr 2026 13:38 80


Yeni tədris ilində Bakıdakı ümumi təhsil müəssisələrində 504 mindən çox şagirdin təhsil alacağı gözlənilir.

Bu barədə "Yeni Sabah"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 504 413 şagirdin təhsil alacağı proqnozlaşdırılır. pizza

Yeni tədris ilində paytaxt məktəblərinin I siniflərində 39 999, IX siniflərində 49 167, XI siniflərində 39 479, XII siniflərində isə 99 şagirdin təhsil alacağı gözlənilir.

Həmçinin ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 35 043 uşaq cəlb olunub.

Məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 137 tərbiyəçi-müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi və 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!